Yer kürəsində güclü maqnit qasırğası müşahidə olunur    

Martın 24-də Yerdə çox güclü maqnit qasırğası müşahidə olunur...

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutunun (TGİ) kosmik hava durumu monitorinqi bildirib.

“Maqnit qasırğası davam edir”, – TGİ diqqətə çatdırıb.

Yerin maqnit sahəsindəki sapma indi G4 səviyyəsinə çatıb (bu, beş indikatorlu monitorinq şkalasında “çox güclü” deməkdir, G5 “son dərəcə güclü”, G1 isə “zəif”dir).

Poliqon.info