İsrail HƏMAS və “İslami Cihad”ın yüzlərlə üzvünü “Əş-Şifa” xəstəxanasında saxladığını bildirib

İsrail Müdafiə Qüvvələrinin əsgərləri Fələstinin Qəzza zolağının şimalında “Əş-Şifa” xəstəxana kompleksinin ərazisində radikal Fələstinin HƏMAS və “İslami Cihad” qruplaşmalarının 358 üzvünü saxlayıb...

Bu barədə İsrail ordusunun sözçüsü Daniel Haqari brifinqdə bildirib.

“Əş-Şifa” əməliyyatı davam edir. Bu əməliyyat müharibə başlayandan bəri qarşılaşdığımız ən böyük terrorçu konsentrasiyası ilə xarakterizə olunur. Bu günə qədər biz 500-dən çox şübhəlini saxlamışıq, onlardan 358-i HƏMAS və “İslami Cihad” terrorçularıdır”, - deyə o bildirib.

“Onlar təslim olurlar, biz onları dindiririk və bizə çox dəyərli və vacib kəşfiyyat məlumatı verirlər”, - deyə Haqari əlavə edib. (oxu.az)

Poliqon.info