Paşinyan Brüsseldə onlarla üçtərəfli görüş keçirəcək

Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen və ABŞ dövlət katibi Entoni Blinken arasında görüş keçiriləcək...

Poliqon qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan açıqlayıb. 

Onun sözlərinə görə, aprelin 5-də baş tutacaq bu görüş zamanı Ermənistanın inkişafına yardım edəcək üçtərəfli əməkdaşlıq yolları müzakirə ediləcək.

Poliqon.info