Azərbaycanlı hakim-inspektor UEFA-dan növbəti təyinat alıb

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Babək Quliyev UEFA-dan növbəti təyinat alıb...

Bu barədə AFFA məlumat yayıb.

Bildirilib ki, o, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Qazaxıstan - Macarıstan oyununun hakim inspektoru olacaq.

Qarşılaşma martın 26-da, saat 18:00-da Qazaxıstanın Almatı şəhərindəki “Almaty Ortalyk” stadionunda baş tutacaq.

Poliqon.info