Avropa Siyasi İcmasının növbəti sammitinin tarixi və məkanı bəlli oldu

İyulun 18-də Böyük Britaniyada Avropa Siyasi İcmasının (EPC) növbəti, dördüncü sammiti keçiriləcək...

Bu barədə Böyük Britaniyanın baş naziri Rişi Sunakın ofisinin bəyanatında deyilir.

Bəyanata görə, 50-yə yaxın Avropa ölkəsinin liderləri Ukraynadakı münaqişə və qeyri-qanuni immiqrasiya ilə mübarizə də daxil olmaqla, ümumi aktual məsələləri müzakirə etmək üçün bir araya gələcəklər.

Tədbir Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin 1874-cü ildə anadan olduğu Blenheym sarayında baş tutacaq.

Qeyd edək ki, 2022-ci ildə yaradılmış Avropa Siyasi İcması qitə ölkələrinin siyasi koordinasiyası, Kiyev və Kişinyov da daxil olmaqla Avropa İttifaqı kənar tərəfdaşlarla daha sıx dialoq üçün nəzərdə tutulub.

Poliqon.info