Türkiyə İraqın PKK-nı terror təşkilatı kimi tanımasını gözləyir 

Ankara İraqın PKK-nı terror təşkilatı elan etməsini gözləyir...

Poliqon CNN Türk-ə istinadən xəbər verir ki, hazırda müvafiq çərçivə sazişi üzərində iş aparılır.

"Türkiyə İraqın PKK-nı terror təşkilatı elan etməsini gözləyir. Prezident Ərdoğanın aprelin sonunda İraqa planlaşdırdığı səfərə qədər, Bağdadda razılaşmanın imzalanması məqsədi ilə çərçivə sazişi üzərində iş davam etdiriləcək", deyə CNN Türk qeyd edir.

Telekanalın məlumatına görə, Ankara planlaşdırılan əməliyyatlar zamanı Bağdaddan hərəkətləri əlaqələndirəcəyini gözləyir.

Bundan əvvəl Türkiyə KİV-ləri yayda Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında PKK-ya qarşı genişmiqyaslı quru hərbi əməliyyat keçirməyi gözlədiyini, Bağdadla müvafiq razılığın əldə edildiyini yazıb.

Poliqon.info