ABŞ-dan Rusiya seçkilərinə reaksiya: Reallıq budur ki, Putin prezidentdir

ABŞ prezidentinin administrasiyası Rusiya lideri Vladimir Putinin prezident seçkilərində qələbəsini şərh edib...

Poliqon xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan brifinqdə danışıb.

O qeyd edib ki, Vladimir Putin siyasi məkanı bağlayıb, siyasi rəqiblərini həbsə atdığından, onun bəzi siyasi rəqibləri faciəvi şəkildə dünyasını dəyişdiyindən seçkinin nəticəsi gözlənilməz olmayıb.

Ceyk Sallivanln sözlərinə görə, bu seçkidə azad və ədalətli heç nə olmayıb, nəticə əvvəlcədən müəyyən edilib.

Bununla belə, Ceyk Sallivanın fikrincə, reallıq budur ki, Putin Rusiya Federasiyasının prezidentidir.

"Biz bu reallıqla Ukrayna müharibəsi zamanı, Rusiya Federasiyasının digər təcavüzkar hərəkətləri zamanı, ABŞ-ın milli maraqlarına zidd olan digər addımlar zamanı bu prezidentdən və onun rəhbərliyi altında Rusiya Federasiyasından gördüklərimizlə üzləşməli olduq. Və biz bu reallıqla məşğul olmağa davam edəcəyik. Lakin bu reallıq bu seçkinin azad və ədalətli seçkinin heç bir meyarına cavab vermədiyini inkar etmir", deyə Ağ Ev rəsmisi bildirib.

Rusiyada prezidenti seçkiləri üç gün ərzində - martın 15-dən 17-dək keçirilib. İlkin nəticələrə görə, Putin 5-ci müddətə ölkə başçısı seçilib.

Poliqon.info