Paşinyan iki stulda oturmaqdan vaz keçməyəcək...

Ermənistan hakimiyyəti Rusiya ilə heç bir dövlətlərarası sazişi pozmaq fikrində deyil...

Nikol Paşinyan və komandası artıq bir neçə ildir ki, Rusiyaya qarşı təbliğat kampaniyası aparsalar da, əslində Rusiya ilə hər hansı dövlətlərarası müqaviləni pozmaq niyyətində deyillər.

Poliqon xəbər verir ki, bu barədə Ermənistanın müxalif “Hraparak” qəzeti yazır.

“1997-ci ildə imzalanmış “Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsi” ötən il başa çatıb. Bu müqavilə uzadılma imkanı ilə 25 il müddətinə imzalanıb, Ermənistan hakimiyyəti bundan istifadə edib. Onlar imtina üçün müraciət etməyiblər, ona görə də müddət avtomatik olaraq daha 10 il uzadılıb. Eyni zamanda, 2021-ci ildə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycanın Ermənistana təcavüzü ilə bağlı Rusiya Federasiyasına müraciət edərək, Rusiyanın 1997-ci il müqaviləsi çərçivəsində Ermənistanın ərazi bütövlüyünü qorumaq öhdəliyini xatırladıb”, deyə nəşr qeyd edir.

Poliqon.info