ABŞ Nigerdəki hərbi xunta ilə məsləhətləşmələr aparır

ABŞ dövlət katibi Entoni Blinken deyib ki, Vaşinqton Nigerin hakim Vətəni Müdafiə Milli Şurası ilə əlaqə saxlayır və Amadou Abdramanın hərbi keçid hökumətinin nümayəndəsinin hərbi razılaşmanı ləğv etdiyini elan etdikdən sonra gələcək addımlar barədə məsləhətləşir...

Poliqon xəbər verir ki, bu barədə "RİA Novosti" Agentliyi məlumat yayıb.

"Biz Vətəni Müdafiə Milli Şurası ilə əlaqə saxlayırıq və onlarla gələcək tədbirləri müzakirə edirik", deyə razılaşmanın pozulması ilə bağlı müvafiq sualı cavablandıran Blinken bildirib.

Bundan əvvəl Niger hərbi keçid hökumətinin rəsmi nümayəndəsi Amadou Abdramana ölkə ordusunun ABŞ ilə hərbi müqaviləyə xitam verdiyini bildirmişdi.

Onun sözlərinə görə, Nigerin hakim hərbi xuntası ABŞ-la amerikalı hərbçilərin və mülki Pentaqon əməkdaşlarının ölkədə qalmasına icazə verən hərbi sazişi ləğv edib.

Hərbi sazişə xitam verilməsi qərarından əvvəl ABŞ dövlət katibinin Afrika məsələləri üzrə köməkçisi Molli Finin rəhbərlik etdiyi rəsmilərindən ibarət nümayəndə heyəti Nigerə səfər edib. Nümayəndə heyətinə ABŞ-ın Afrika Komandanlığının rəhbəri general Maykl Lenqli də daxil olub. Nigerin hərbi keçid hökumətinin sözçüsü Amadou Abdramana diplomatik protokola əməl etmədiklərini bildirib.

Poliqon.info