NATO-nun Avropadakı ən böyük bazasını Türkiyə şirkətləri tikəcək

Türk şirkətləri Avropanın ən böyük NATO hərbi bazasının Rumıniyada inşasında iştirak edəcək, tərəflər bu mövzuda danışıqlar aparır...

Poliqon xəbər verir ki. bu barədə Türkiyənin “Aydınlık” qəzeti məlumat yayıb.

“NATO Rumıniyada Avropanın ən böyük hərbi bazasının tikintisinə başlayıb. Tikintidə türk şirkətlərinin də iştirak edəcəyi gözlənilir”, deyə nəşr yazır.

Qeyd edilir ki, türk iş adamları son vaxtlar Rumıniyaya tez-tez səfər edirlər. Nəşrin məlumatına görə, Ankara yeni bazanın tikintisi üçün Rumıniyaya dəmir, polad, mis və sement ixrac edəcək.

Xatırladaq ki, NATO-nun Avropadakı ən böyük hərbi bazası Rumıniya ərazisində tikilir. Rumıniya layihəyə 2,5 milyard dollar sərmayə qoyacaq.

Nəhəng hərbi kompleksin sahəsi 2,8 min hektar olacaq və yeni obyektləri əhatə edəcək.

Poliqon.info