Tramp: ABŞ-ı Bayden yox, onun məkrli və ağıllı ətrafı idarə edir

ABŞ dövlət başçısı Co Bayden tərəfindən deyil, onun ətrafı tərəfindən idarə olunur...

Poliqon xəbər verir ki, bunu ABŞ-ın 45-ci prezidenti Donald Tramp deyib. Sabiq prezidentin fikrincə, Baydenin çevrəsi pis və məkrlidir.

“Bilirsiz, mənim həmişə bir sualım var: o, ABŞ-ı özü idarə edir? Onun görünüşündən bu belə görünmür. Mən ABŞ-ın Bayden tərəfindən idarə etdiyinə əmin deyiləm. Aydındır ki, o, təsdiq etməli və onlar nəsə etmək üçün icazə istəməlidirlər, lakin prezident onlara boş nəzərlərlə baxır və başını yelləyir”, deyə Donald Tramp televiziya və radio aparıcısı Sebastyan Qorki ilə podkastında deyib. 45-ci prezidentin sözlərinə görə, Birləşmiş Ştatlar Baydenin ətrafından olan “məkrli, ancaq ağıllı” insanlar tərəfindən idarə olunur,

“Hazırkı prezidentin özü isə mümkün qədər tez yatağına uzanmaq istəyir”, deyə Tramp vurğulayıb.

Qryd edək ki, martın 8-də The Washington Post qəzeti mənbələrinə istinadən yazıb ki, Co Bayden mühüm qərarlar qəbul edərkən senatorlar, müxtəlif səviyyəli siyasətçilər və ya köhnə dostları ilə məsləhətləşir. Prezidentin köməkçiləri deyirlər ki, Co Bayden tez-tez senator kimi davranır, adətən prezident üçün əhəmiyyətsiz sayılacaq məsələlərə müdaxilə edir.

Poliqon.info