Ermənistan Rusiyanın “Mir” kartına qarşı sanksiyalara qoşulur

Martın sonunda Ermənistanın demək olar ki, bütün bankları Rusiyanın “Mir” sisteminin kartlarına xidmət göstərməyi dayandıracaq...

Poliqon xəbər verir ki, bu barədə Rusiyanın RBK nəşri mənbəyə istinadən məlumat yayıb.

“Mir kartları bu ilin martın 30-dan Ermənistanda əksər bankların bankomatlarında və POS terminallarında fəaliyyətini dayandıracaq”, deyə RBC-nin mənbəsi bildirib. Ermənistanda “Mir” kartlarının fəaliyyətinin tezliklə dayandırılması barədə məlumatı bank bazarındakı RBC mənbəsi də təsdiqləyib.

Nəşr qeyd edir ki, yeganə istisna “VTB Ermənistan” bankı olacaq. Amma bu bank rusiyalı köçkünlər arasında populyar deyil.

Qeyd edək ki, ABŞ Rusiyanın Ukraynaya təcavüzündən sonra “Mir” ödəniş sisteminə qarşı sanksiyalar tətbiq edib.

Poliqon.info