Hakan Fidan Ukraynadakı münaqişənin 2024-cü ildə bitəcəyini gözləmir

2024-cü ildə Ukraynada hərbi əməliyyatların sona çatması üçün heç bir perspektiv görünmür...

Poliqon xəbər verir ki, bu bunu Türkiyənin xarici işlər naziri CNN Türk telekanalının efirində bildirib. Hakan Fidan sülh üçün2025-ci ilə ümidlərinin olduğunu qeyd edib.

“Münaqişənin digər regionlara, Şərqi və Mərkəzi Avropaya, sıçraması təhlükəsi var, nüvə silahının tətbiqindən danışılır. Biz görürük ki, Avropada bir sıra siyasətçilər tədricən riskləri dərk etməyə başlayırlar. Avropa bizdən daha çox narahat olmalıdır. Lakin 2024-cü ilə gəlincə, düzünü desək, biz həll yolu üçün əsas görmürük”, deyə Fidan bildirib.

Xatırladaq ki, martın 9-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna münaqişəsinin həlli üçün Rusiya nümayəndələrinin iştirakı ilə sülh sammiti keçirməyə hazır olduğunu bəyan edib. Ukrayna prezidenti Vladimir Zelenski buna qarşı çıxıb.

Poliqon.info