Bakıda avtomobil iki qadını vurub    

Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib...    

Oxu.Az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Neapol küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Toyota Prius” markalı avtomobil piyada keçidində iki qadını vurub.

Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım əməkdaşları çağırılıblar.

Poliqon.info