Millimizin oyunlarının hakimləri açıqlandı

FİFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq "FİFA series - Edition 2024" layihəsi çərçivəsində keçiriləcək oyunlara hakim təyinatları bəlli olub...

Poliqon İdman.Biz-ə istinadən bildirir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

Azərbaycan millisinin Monqolustanla görüşünü türkiyəli hakimlər idarə edəcəklər. Bolqarıstanla matça isə Estoniya təmsilçiləri təyinat alıblar.

Bakıda keçiriləcək digər iki görüşdə Azərbaycan hakimləri ədaləti qoruyacaqlar. Bu matçlarda Əliyar Ağayevlə Elçin Məsiyev baş hakim olacaq.

22 martTanzaniya - BolqarıstanBaş hakim: Əliyar AğayevBaş hakimin köməkçiləri: Zeynal Zeynalov, Akif ƏmirəliDördüncü hakim: Rauf Cabbarov"Liv Bona Dea Arena". Saat 17:00

Azərbaycan - MonqolustanBaş hakim: Zorbay Küçük (Türkiyə)Baş hakimin köməkçiləri: Mehmet Emin Tuqral, İbrahim Çağlar Uyarcan (Türkiyə)Dördüncü hakim: Fəridə LütfəliyevaTofiq Bəhramov adına Respublika stadionu. Saat 20:00

25 martTanzaniya - MonqolustanBaş hakim: Elçin MəsiyevBaş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin TalıbovDördüncü hakim: Rəşad Əhmədov"Liv Bona Dea Arena". Saat 17:00

25 martAzərbaycan - BolqarıstanBaş hakim: Kristo Tohver (Estoniya)Baş hakimin köməkçiləri: Sander Saqa, Sten Klaasen (Estoniya)Dördüncü hakim: İnqilab MəmmədovTofiq Bəhramov adına Respublika stadionu. Saat 20:00

Poliqon.info