Avstraliyada hava şarı ilə uçan sərnişin səbətdən düşərək ölüb

Avstraliyanın Melburn şəhərində bir nəfər hava şarının səbətindən düşərək həyatını itirib...

Poliqon xəbər verir ki. bubarədə Avstraliyanın 9News telekanalı məlumat yayıb.

Telekanalın bildirdiyinə görə, hadisə səhər tezdən metropolün şimalında baş verib. Melburn üzərində uçan hava şarında olan sərnişinlərdən biri səbətdən düşərək yıxılaraq ölüb.

Avstraliya Aeronavtika Federasiyasının nümayəndəsi televiziyada bildirib ki, hadisənin səbəbləri və şəraiti polis və nəqliyyat təhlükəsizliyinə cavabdeh olan dövlət qurumları tərəfindən hərtərəfli araşdırılacaq, çünki “Avstraliyada istifadə olunan şar səbətləri bütün təhlükəsizlik tələbləri nəzərə alınmaqla dizayn edilib və təhlükəsizlik qaydaları sərnişinlərin təsadüfən düşmə ehtimalını istisna edir.

Poliqon.info