Blinken: Avtoritar rejimlər texnologiyanı demokratiyanı sarsıtmaq üçün istifadə edir...

ABŞ Dövlət Katibi Entoni Blinken avtoritar və repressiv rejimlərin texnologiyadan demokratiya və insan haqlarını pozmaq üçün istifadə etdiklərini bildirib...

Poliqon Reuters Agentliyinə istinadən xəbər verir ki, ABŞ Dövlət Katibi bu barədə Cənubi Koreya Demokratiya Sammitinin deyib. Dövlət katibi qeyd edib ki, demokratik dəyərləri qorumaq üçün texnologiyadan istifadə edilməlidir.

“Eyni fikirli hökumətlər və onların xalqları azad və ədalətli seçkiləri təşviq etmək üçün birlikdə çalışırlar”, deyən Blinken, demokratiyanı müdafiə etməyin kollektiv səy olduğunu vurğulayıb.

“Avtoritar və repressiv rejimlər texnologiyadan demokratiyanı və insan haqlarını pozmaq üçün istifadə etdiyinə görə, texnologiyanın demokratik dəyərləri və normaları dəstəklədiyini və təşviq etdiyini təmin etməliyik”, deyə Blinken qeyd edib.

Poliqon.info