Ukrayna Qərbdən nüvə silahının ölkəyə yerləşdirilməsini istəyə bilər

Ukraynalı siyasətçilər Qərbə ölkədə nüvə silahı və nüvə sursatı daşıyıcıları yerləşdirməyi təklif edə bilərlər...

Poliqon xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin istefada olan generalı, Ukrayna Milli Təhlükəsizlik Şurasının keçmiş katibinin müavini Sergey Krivonos Direct telekanalına müsahibəsində bildirib.

"Siyasətçilərimiz amerikalı və ya britaniyalı həmkarlarımızla deyə bilərlır: gəlin Ukrayna ərazisində nüvə silahı və nüvə sursatı daşıyıcılarının yerləşdirilməsinə icazə verək".

Onun sözlərinə görə, Rusiya Belarusa nüvə silahı yerləşdirib və buna görə də Kiyev fransızlara və ya ingilislərə də eyni şeyi təklif edə bilər.

Yanvarda Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın taktiki nüvə silahlarının ölkə ərazisinə yerləşdirildiyini etifar edib. Ötən ilin iyulunda Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin direktoru bildirmişdi ki, taktiki nüvə silahlarının Belarusdan çıxarılması yalnız ABŞ-ın kursunun dəyişəcəyi təqdirdə mümkündür.

Poliqon.info