İsrailin “Əl-Şifa” xəstəxanasıda əməliyyatı zamanı ölənlər var

İsrailin “Əl-Şifa” xəstəxanasıda keçirdiyi əməliyyat zamanı bir neçə nəfər mülki şəxs həlak olub...

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında “Əl-Şifa” xəstəxanası ərazisində əməliyyat keçirib.

Poliqon “Al-Mayadeen” telekanalına istinadən xəbər verir ki, döyüşlər nəticəsində bir neçə nəfər həlak olub və yaralılar da var.

Telekanalın məlumatına görə, bu gün, martın 18-də gecə saatlarında İsrail hərbi maşınları qəfildən tibb kompleksinə daxil olub. İddia olunur ki, İsrail ordusunu pilotsuz təyyarələri xəstəxananın yaxınlığında mülki şəxslərə hücum edib.

Poliqon.info