Roma Papası Putini seçkilərdə qələbəsi münasibətilə təbrik edib

Roma Papası Fransisk Rusiya prezidenti Vladimir Putini seçkilərdəki qələbəsi münasibətilə təbrik edib...

Poliqon xəbər verir ki, bu barədə RİA Novosti Agentliyinə Roma Papası ilə əlaqə saxlayan Dünya Qədim inanclar Birliyinin rəhbəri Leonid Sevastyanov məlumat verib.

Sevastyanov əlavə edib ki, Fransisk Vatikanı “BMT-nin bəzi funksiyalarını əvəz edə biləcək beynəlxalq platforma” kimi görür və Ukrayna münaqişəsinin nizamlanmasında öz rolunu irəli sürür.

Qeyd edək ki, Rusiyanın Vatikandakı səfiri Aleksandr Avdeyev daha əvvəl bildirib ki, Fransisk Ukrayna müharibəsində əsirlərin mübadiləsinə kömək edir.

Poliqon.info