Yaponiya hökuməti Rusiyadakı seçkilər şərh etməkdən imtina edib

Yaponiya hökumətinin Baş katibi Yoşimasa Hayaşi Rusiyada keçirilən prezident seçkiləri ilə bağlı ölkənin mövqeyini şərh etməkdən imtina edib...

Poliqon “RİA Novosti” Agentliyinə xəbər verir ki, Yaponiya hökümətinin rəsmisi Vladimir Putinin qalib gəldiyi ilkin nəticələri bildiyini qeyd edib.

“Əvvəlcə dediyim kimi, ölkəmiz Rusiyada keçirilən seçkiləri şərh etməkdən çəkinir”, deyə Yoşimasa Hayaşi Qərb ölkələrinin Rusiyada keçirilən seçkiləri tənqid etdiyini xatırladan jurnalistin sualına cavabında bildirib.

Xatırladaq ki, Tacikistan, Venesuela və Nikaraqua liderləri Vladimir Putini seçkilərdəki qələbəsi münasibətilə təbrik ediblər. Almaniya, Böyük Britaniya və Polşa seçkiləri qeyri-azad və qanunsuz hesab ediblər. Putin deyib ki, Qərb ölkələrinin reaksiyası onu təəccübləndirməyib, çünki onlar Rusiyanın inkişafını cilovlamağa yönəlib.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, protokolların 99,40%-ni işlədikdən sonra prezident seçkilərində Vladimir Putin (öz namizədliyini irəli sürmüş) 87,32%, Nikolay Xaritonov (Rusiya Kommunist Partiyası) 4,32%, Vladislav Davankov (Yeni insanlar) 3,79%, Leonid Slutski (LDPR) - 3,19% səs toplayıb. Ümumi seçici fəallığı 74,22% təşkil edib.

Poliqon.info