Şimali Koreya Yapon dənizinə doğru 3 ballistik raket atıb

Şimali Koreya üç ballistik raket buraxıb, onlar Yaponiyanın eksklüziv zonasından kənara düşüb...

Poliqon xəbər verir ki, bu barədə Yaponiyanın “Kyodo” Agentliyi Yaponiya Müdafiə Nazirliyinə və Sahil Mühafizəsinə istinadən məlumat yayıb. Hökumətin ilkin məlumatlarına görə, buraxılışın ətraf üçün heç bir fəsadı olmayıb. Raketlər 50 m yüksəklikdə 350 km uçub.

Yaponiya Sahil Mühafizəsi bildirib ki, raketlər təxminən 30 dəqiqəlik fərqlə buraxılıb. Onların hər birinin uçuşu təxminən yeddi dəqiqə davam edib. Yaponiyanın Baş naziri Fumio Kişida jurnalistlərə deyib ki, Şimali Koreyanın raket buraxılışları qəbuledilməzdir.

Xatırladaq ki, yanvarın 14-də Şimali Koreya orta mənzilli ballistik raketi sınaqdan keçirib. Yaponiyanın məlumatına görə, raket Yapon dənizindəki iqtisadi zonasdan kənara düşüb. Tokio Şimali Koreyanı BMT qətnamələrini pozmaqda ittiham edib. ABŞ ordusu raket buraxılışının təhlükə yaratmadığını, lakin Şimali Koreyanın silah proqramının "sabitliyi pozan təsirini" vurğulayıb.

Poliqon.info