Niger İranla razılaşmasına görə ABŞ-la hərbi əməkdaşlıqdan imtina edib...

ABŞ hakimiyyəti Nigeri İrana uran yataqlarına çıxışı təmin etmək üçün müaavilə bağlama hazırlaşmaqda ittiham edib...

Poliqon xəbər verir ki, bu barədə The Wall Street Journal qəzerti mənbələrə istinadən məlumat yayıb. Qəzetin yazdığına görə, bu ittiham Nigerin ABŞ-la hərbi əməkdaşlıqdan imtina etməsinə səbəb ola bilər.

WSJ-nin mənbələri qeyd ediblər ki, martın ortalarında ABŞ nümayəndə heyəti, o cümlədən dövlət katibinin Afrika məsələləri üzrə köməkçisi Moll Fee və ABŞ Silahlı Qüvvələrinin Afrika Komandanlığının rəhbəri Maykl Lenqli Nigerə gəlib. Qəzet yazır ki, səfər zamanı onlar Niger və İran arasında uran hasilatı məsələsində əməkdaşlıqdan narahat olduqlarını bildiriblər.

WSJ-nin məlumatına görə, İran və Niger arasındakı danışıqlar fevral ayında ciddi irəliləyiş qət edib. Mənbələrdən birinin məlumatına görə, tərəflər ilkin razılaşmanı imzalayıblar. Digər iki mənbə sövdələşmənin yekunlaşmadığını qeyd edib.

Qeyd edək ki, Niger hökuməti martın 17-də Birləşmiş Ştatlarla hərbi əməkdaşlıq müqaviləsini dərhal ləğv etdiyini açıqlayıb. Üsyançı hakimiyyətin nümayəndəsi Amadu Abdraman bildirib ki, Amerika nümayəndə heyəti diplomatik protokola əməl etməyib: o, heyətin tərkibi, gəliş tarixi və gündəliyi barədə məlumat verməyib. Niger hakimiyyətinin nümayəndəsinin sözlərinə görə, danışıqlarda hakimiyyətin orduya verilməsi, iki ölkə arasında hərbi əməkdaşlıq və terrorçulara qarşı mübarizədə tərəfdaşların seçilməsi müzakirə olunub.

Razılaşma ABŞ ordusunun və Müdafiə Nazirliyinin mülki işçilərinin ölkədə qalmasına icazə verir. Nigerin şimalında Amerikanın dron bazası var. Orada minə yaxın hərbi qulluqçu yerləşdirilib. Bazanın tikintisinə 100 milyon dollara yaxın vəsait sərf edilib.

Poliqon.info