Netanyahu beynəlxalq ictimaiyyəti yaddaşnı və vicdanını itirməkdə ittiham edib

İsrailin Baş naziri Benyamin Netanyahu beynəlxalq ictimaiyyəti 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrail vətəndaşlarına qarşı “vəhşicəsinə hücumunu” unutduğuna görə edib...

Poliqon xəbər verir ki, İsrailin Baş naziri bu barədə CNN telekanalına müsahibəsində danışıb.

Qeyd edək ki, Netanyahunun müsahibəsindən bir qədər ABŞ Senatındakı Demokratik Çoxluğun lideri Çak Şumer İsrail hökumətini tənqid edib və bu ölkədə yeni seçkilərin keçirilməsinə çağırıb.

“Siz Holokostdan sonra yəhudilərin ən dəhşətli qətliamı olan 7 oktyabrı bu qədər tez unutmusunuz? Siz İsrailin HƏMAS canavarlarına qarşı müdafiə hüququnu bu qədər tez inkar edirsiniz? Həqiqətənmi bu qədər tez vicdanınızı itirdiniz” deyə Netanyahu CNN-ə müsahibəsində deyib.

Çak Şumerin İsraildə seçki keçirmək çağırışına münasibət bildirən Benyamin Netanyahu senatorun sözlərinin “tamamilə yersiz” olduğunu bildirib. İsrailin Baş naziri hesab edir ki, ölkə diqqətini HƏMAS-ı məhv etməyə yönəltməlidir və hərbi əməliyyatlar zamanı seçkilərdən danışmaq “gülüncdür”.

Xatırladaq ki, martın 14-də Çak Şumer bildirib ki, HƏMAS yaraqlılarının İsrail ərazisini işğal etdiyi 7 oktyabr 2023-cü ildən sonra Netanyahunun koalisiyası artıq İsrailin ehtiyaclarını ödəmir. Senator qeyd edib ki, İsrail hökuməti “keçmişdə ilişib qalıb”.

Martın əvvəlində Reuters Agentliyinin verdiyi məlumata görə, ABŞ Demokrat Partiyasının Konqresdəki üzvləri prezident Co Bayden administrasiyasını İsraili Qəzza zolağında humanitar böhranın qarşısını almağa məcbur etməyə çağırıblar. Əks halda onlar İsrailə hərbi yardım göndərməkdən imtina etməyə çağırırlar.

Poliqon.info