Messi Argentina millisinin qarşıdakı oyunlarını buraxacaq - Səbəb

Hücumçu Lionel Messi zədə səbəbindən Argentina milli futbol komandasının qarşıdakı yoldaşlıq oyunlarında iştirak etməyəcək...  

Bildirilir ki, futbolçu əvvəllər ABŞ-nin “İnter Mayami” komandasının tərkibində aldığı əzələ zədəsindən müalicəsini davam etdirir.

Qeyd edək ki, Argentina millisi ABŞ-də iki yoldaşlıq oyunu keçirəcək. Argentinalılar martın 23-də Salvador, martın 26-da isə Kosta-Rika seçmə komandası ilə qarşılaşacaqlar. (oxu.az)

Poliqon.info