Sabunçuda motosiklet avtobusa çırpıldı: Bir nəfər ağır xəsarət aldı    

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb...

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, qəza Zabrat qəsəbəsində baş verib.

Elmir Hafiz oğlu Baxşıyev idarə etdiyi motosikleti özəl müəssisələrin birinə məxsus avtobusa çırpıb.

Ağır xəsarət alan motosikletçi Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Poliqon.info