Hacıqabulda gənc qız kəskin tənəffüs çatışmazlığından ölüb 

Hacıqabulda 23 yaşlı qız kəskin tənəffüs çatışmazlığından ölüb...

APA xəbər verir ki, rayonun Atbulaq kənd sakini, 2001-ci il təvəllüdlü Xanımnaz Ceyhun qızı Əhmədova ürək və tənəffüs çatışmazlığından xəstəxanaya aparılarkən yolda keçinib.

Onun meyiti müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib.

Faktla bağlı Hacıqabul Prokurorluğu tərəfindən araşdırma aparılır.

Poliqon.info