“TikTok”da tanış olduğu şəxsdən narkotik vasitə alan Lənkəran sakini saxlanılıb - Foto

“TikTok”da tanış olduğu şəxsdən narkotik vasitə alan Lənkəran sakini saxlanılıb...

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Məhərrəm Rüstəmli saxlanılıb.

Onun avtomobilinə baxış zamanı altı kiloqram marixuana aşkar edilib. M.Rüstəmlinin narkotiki “TikTok” platformasında tanış olduğu İran vətəndaşından satmaq məqsədilə əldə etdiyi müəyyən edilib.

Bundan əlavə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının son bir ay ərzində rayon ərazisində keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli 35 nəfər saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

##galery##

Poliqon.info