Stoltenberqdən Türkiyə ilə bağlı diqqətçəkən açıqlama    

Ankaranın yeni yüksək səviyyəli qabaqcıl imkanlara, o cümlədən döyüş təyyarələrinə sərmayə qoymaq səylərini alqışlayırıq. Bu vacibdir”...

Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq jurnalistlərin Türkiyənin “Kaan” beşinci nəsil hərbi təyyarəsi barədə sualını cavablandırarkən bildirib.

O, Ankaranın çox dəyərli müttəfiq olduğunu deyərək, Türkiyənin Alyansın müdafiə sənayesi sahəsində verdiyi töhfəyə diqqət çəkib.

“Türkiyənin uzun illər ərzində çox effektiv olduğunu sübut edən “Bayraktar” pilotsuz uçuş aparatları istehsal etməsini də alqışlayırıq”, - deyə Stoltenberq vurğulayıb.

Xatırladaq ki, Türkiyə “Kaan” təyyarələrini ABŞ-nin “F-35” qırıcılarına alternativ olaraq istehsal edib. Türkiyənin Aviasiya və Kosmos Sənayesi şirkətinin (TÜSAŞ) Baş direktoru Temel Kotil “Kaan”ın bir hissəsinin Azərbaycanda istehsal olunduğunu deyib.

Poliqon.info