Bakı-Sumqayıt şosesi yaxınlığındakı ərazidə baş verən yanğın söndürülüb - Yenilənib  

Bakı şəhərinin Binəqədi rayonunda, Bakı-Sumqayıt şosesinin üçüncü kilometrliyində açıq ərazidəki quru otluq sahədə baş verən yanğın söndürülüb...  

Bu barədə Poliqon-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

***

Bakı şəhərinin Binəqədi rayonunda, Bakı-Sumqayıt şosesinin 3-cü kilometrliyində açıq ərazidəki quru otluq sahədə yanğın başlayıb.

Bu barədə Poliqon-a  Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Poliqon.info