Qəzzada son 24 saatda 149 nəfər öldü

İsrailin Qəzza zolağının müxtəlif ərazilərini bombalaması və atəşə tutması nəticəsində son 24 saat ərzində 149 fələstinli ölüb, 300 fələstinli yaralanıb...

Yeniavaz.com xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi rəsmi “Telegram” kanalında məlumat yayıb.

Nazirliyin məlumatına görə, keçən ilin oktyabrından bəri İsrail təcavüzünün qurbanlarının ümumi sayı 31 min 490 nəfərə çatıb, daha 73 min 439 nəfər yaralanıb.

Qeyd olunub ki, ölənlərdən bəzilərinin cəsədləri dağıntılar altında qalıb, həkimlər və xilasedicilər onlara hələ çata bilmir.

Poliqon.info