Türkiyə sahillərində miqrantları daşıyan qayıq batıb, 14 nəfər ölüb - Yenilənib

Türkiyənin Çanaqqala bölgəsində qanunsuz miqrantları daşıyan qayıq batıb...

Türkiyə sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

***

APA “Sputnik Türkiyə”yə istinadən xəbər verir ki, Çanaqqalanın Eceabat rayonu sahillərində baş verən hadisə zamanı 2-si körpə olmaqla azı 8 nəfər ölüb.

Bölgəyə cəlb edilən sahil təhlükəsizlik qrupları 4 nəfəri xilas edib.

Çanaqqala valisi İlhami Aktaş da məsələ ilə bağlı açıqlama verərək, Eceabat rayonu sahillərində axtarış-xilasetmə işlərinə başlandığını deyib.

Poliqon.info