Çex baş nazir Fikoya etibar etmir: Fiala mərmilərin alınması ilə təfərrüatları niyə gizlədib?..

Çexiyanın baş naziri Petr Fiala Parisdə keçirdiyi görüş zamanı Slovakiyanın baş naziri Robert Fikonun iclasda iştirakı səbəbindən Ukraynaya mərmi tədarükü ilə bağlı təfərrüatları müttəfiqlərilə paylaşmamaq qərarına gəlib...

Poliqon "Actualne" nəşrinə istinadən xəbər verir ki, Fiala informasiya sızmasından qorxurub.

KİV-in məlumatına görə, söhbət üç həftə əvvəl Parisdə keçirilən Avropa liderlərinin görüşündən gedir və bu toplantıda məqsəd iştirakçı ölkələrin işğal olunmuş Ukraynaya hərbi yardım göstərə biləcəyinə dair məlumat mübadiləsi aparmaq idi.

"Fiala Çexiyanın qeyri-Avropa ölkələrindən Ukrayna üçün sursat axtarmaq təşəbbüsünün necə davam etdiyi barədə digərlərinə məlumat verməyi planlaşdırırdı. Çex hökumətinin başçısı bilirdi ki, müttəfiqlər masa arxasında olacaq və sursatın mənşəyi və qiymətini dəqiqləşdirmək istəyirdi", deyə nəşr yazır.

Lakin məlum olub ki, görüşə planlaşdırılan 15 iştirakçı əvəzinə 25 lider qatılıb və onların arasında Rusiyayönlü mövqeyi ilə tanınan Slovakiyanın baş naziri Robert Fiko da olub.

Fiala Fikonun danışıqlar masasına əyləşəcəyini biləndə, Çexiya təşəbbüsü ilə bağlı bir neçə məqamı oradan çıxararaq çıxışını dəyişməyə qərar verib. Bu məlumatı nəşrə çex diplomatlarından biri təsdiqləyib. Qeyd olunur ki, Fiala ən həssas əşyaları görüşün bir neçə iştirakçısına ayrıca təhvil verib.

"Çexiya hökumətinin başçısı istəməyib ki, Ukraynanın sursatları ilə bağlı strateji məlumat Slovakiyanın baş naziri vasitəsilə Rusiya qulağına çatsın", deyə mənbə bildirib.

Poliqon.info