Sabiq amerikalı nazir TikToku satın amlaq istəyir

ABŞ-ın keçmiş maliyyə naziri Stiv Mnuçin TikTok proqramını almaq üçün bir qrup investor toplayır...

Poliqon xəbər verir ki, Stiv Mnuçin bu barədə CNBC telekanalına müsahibəsində bildirib.

"Bu, əla biznesdir və mən TikTok almaq üçün bir qrup investorlar toplamağı planlaşdırıram. Proqram ABŞ şirkətlərinə məxsus olmalıdır. Çinlilər heç vaxt Amerika şirkətinin Çində belə bir şeyə sahib olmasına icazə verməyəzlər", deyə sabiq maliyyə naziri bildirib.

Eyni zamanda, Çin hökumətinin TikTok-un amerikalı bir alıcıya satışına icazə verib-verməyəcəyi qaranlıq olaraq qalır. TikTok baş direktoru Şav Ji Şu qeyd edib ki, tətbiqin satışı mövcud variantlar arasında deyil.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin isə Konqresin Nümayəndələr Palatasında təsdiqlənən TikTok haqqında qanun layihəsini "quldurun məntiqi" adlandırıb.

PitchBook-a görə, TikTok-un sahibi olan ByteDance şirkəti 2023-cü ildə 220 milyard dollar dəyərində qiymətləndirilib. TikTok-un dəqiq dəyəri məlum deyil, lakin daha aşağı olacağı ehtimalı var.

TikTok-un ən qiymətli aktivi istifadəçilərə fərdiləşdirilmiş məzmun təqdim edən alqoritmidir. Alqoritm olmadan TikTok-un istənilən satışı potensial alıcılar üçün daha az cəlbedici olardı.

Poliqon.info