Baydenin köməkçiləri onun jurnalistlərlə danışmasına mane olub

ABŞ-da prezident Co Baydenla jurnalistlər arasında qalmaqal yaranıb. Dövlət başçısı özü bir neçə suala cavab verməyi təklif edib, lakin sonra köməkçiləri israrla jurnalistləri ondan uzaqlaşdırıblar...

Poliqon xəbər verir ki, bu barədə Fox News telekanalı məlumat yayıb.

İnsident Miçiqan ştatında Ağ Evin rəhbərinin təkrar seçki kampaniyası çərçivəsində baş verib. Sosial mediada yayımlanan videolarda Baydenin Saqinavda tərəfdarları ilə danışdığı və suallara cavab verməyə hazır olduğunu dediyi əks olunub.

Bundan sonra onun köməkçiləri jurnalistləri kənara itələməyə və əllərini yelləyərək məkanı tərk etməyi tələb etməyə başlayıblar.

The Spectator jurnalının redaktoru Stepan L. Miller hadisəni "möcüzəli klip" adlandırıb.

"Biz bir neçə sual verəcəkdik. Lakin onlar buna imkan vermədi", deyə jurnalist bildirib.

"Bayden bir neçə sual verməyi təklif etdiyi anda, onun köməkçiləri məxfi xidmət agentləri kimi ortaya çıxır və maşınlarına qayıtmaq üçün mətbuatın üstünəı qışqırdı. Nə inanılmaz səhnə". Bunu isə bloger Bonşe bildirib.

Poliqon.info