Mİ6-nın keçmiş rəhbəri: Britaniya Rusiya ilə “boz müharibə” aparır...

Britaniya kəşfiyyatının MI6-nın keçmiş rəhbəri Riçard Dirlov Böyük Britaniya hazırda Rusiya ilə “boz müharibə” aparır...

Poliqon xəbər verir ki, Riçard Dirlov bu barədə Politico qəzetinə müsahibəsində bildirib.

“İndi Böyük Britaniyada bir adamı küçədə saxlasanız və ondan bizim müharibədə olduğumuzu düşündüyünü soruşsanız, sizə dəli kimi baxacaq. Bununla belə, biz Rusiya ilə “boz müharibə” aparırıq. Mən bunu insanlara xatırlatmağa çalışıram”, deyə MI6-nın keçmiş rəhbəri bildirib.

Digər məsələlərlə yanaşı, Riçard Dirlov Britaniyanın müdafiəsinə sərf etdiyi xərclərin səviyyəsini tənqid edib. O, bunu Çin və Rusiyadan gələn təhdidləri dəf etmək üçün yetərsiz adlandırıb.

Poliqon.info