Cozep Borrell: Payıza qədər Ukraynadakı müharibənin taleyi həll ediləcək...

Avropa Kiyevə hərbi yardım göstərməkdə ABŞ-ı əvəz edə bilmir, silah həcminə görə Amerika ilə rəqabət apara bilmir...

Poliqon xəbər verir ki, bunu PBS telekanalına müsahibəsində Avropa İttifaqının (Aİ) diplomatiya rəhbəri Cozep Borrel deyib.

Siyasətçi Avropa İttifaqının Vaşinqtonun dəstəyini əvəz etmək üçün Ukraynaya lazım olan hərbi yardımı verə biləcəyi barədə sualı cavablandırıb.

"Heç kim ABŞ ordusu və hərbi imkanları ilə rəqabət apara bilməz. Və təbii ki, əgər Vaşinqton bunu etməyi dayandırsa, onların yerini başqa heç kim tuta bilməz", deyə Borrell vurğulayıb.

Borrel bildirib ki, Ukraynadakı münaqişənin nəticəsi yaxın aylarda həll olunacaq, ona görə də Qərb ölkələri Kiyevə hərbi yardım göstərməkdə fəal şəkildə iştirak etməlidir.

"Məhz bu yaz, bu yay və payıza qədər Ukraynadakı müharibənin taleyi həll ediləcək", deyən Borrell qeyd edib ki, ABŞ-da olarkən Rusiyanın qələbəsinin mümkün nəticələri ilə bağlı məsələ qaldırıb. Diplomat əmindir ki, Moskva üstünlüyü əldə etsə, Ukraynada dayanmayacaq.

Borrell həmçinin bildirib ki, Kiyevə dəstəyi artırmaq üçün Avropa və ABŞ müdafiə sektorunda sənaye potensialını artırır.

Poliqon.info