Çempionlar Liqasında bu gün mövsümün son püşkü atılacaq

Bu gün UEFA Çempionlar Liqasında mövsümün son püşkü atılacaq...

“Report”un məlumatına görə, İsveçrənin Nyon şəhərində 1/4 final, yarımfinal və finalın püşkatma mərasimi keçiriləcək.

Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Püşkün nəticəsinə əsasən 1/4 finaldakı cütlər, həmçinin yarımfinal və finaldakı potensial rəqiblər bilinəcək.

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin iştirakçıları: “Mançester Siti”, “Arsenal” (hər ikisi İngiltərə), “Atletiko”, “Barselona”, “Real” (hamısı İspaniya), “Bavariya”, “Borussiya” Dortmund (hər ikisi Almaniya), PSJ (Fransa).

Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları aprelin 9-10-da və 16-17-də, yarımfinalın matçları isə 30 aprel – 1 may və 7-8 may tarixlərində oynanılacaq. Final qarşılaşması iyunun 1-də Londonun “Uembli” stadionunda baş tutacaq.

Poliqon.info