Ermənistan Avropa İttifaqına üzv olmaq üçün müraciət edə bilər...

Peter Stano: Ermənistan Avropa Birliyinə üzv olmaq üçün müraciət edə bilər...

Poliqon xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət üzrə nümayəndəsi Peter Stano “İzvestiya” qəzetinə bildirib.

“Ölkələrin öz xalqları üçün daha yaxşı gələcək üçün səy göstərmək hüququ var. Belə bir gələcəyi necə təmin edəcəklərinə qərar verməkdə sərbəstdirlər. Aİ-yə üzvlüklə bağlı hər bir Avropa ölkəsi, onun xalqı və hökuməti qərar verir”, deyə Stano Avropa İttifaqının qapılarının Ermənistana açıq olub-olmaması ilə bağlı suala cavabında deyib.

Stano xatırladıb ki, bir ölkə Avropa İttifaqına üzv olmaq üçün rəsmi müraciət təqdim edəndən sonra ona üzv dövlətlər tərəfindən baxılır və daha sonra onlar Aİ müqavilələri və müəyyən edilmiş meyarlar əsasında müvafiq qərar qəbul edirlər.

Poliqon.info