İsrail ordusu humanitar yardım paylama məntəqəsinə hücum edib

Qəzza zolağının Səhiyyə Nazirliyi İsrail ordusunun humanitar yardım paylama məntəqəsinə hücumu barədə məlumat verib...

Poliqon xəbər verir ki, Qəzza zolağının Səhiyyə Nazirliyi İsrail Müdafiə Qüvvələrinin humanitar yardım paylama məntəqəsinə hücumu barədə məlumat verib. Son məlumatlara görə, mərkəzə hücum nəticəsində 20 nəfər ölüb, 155 nəfər yaralanıb.

Yaralılar “Əl Şifa” Tibb Mərkəzinə yerləşdirilib. İdarənin hesabatında qeyd olunur ki, tibb işçiləri çoxlu sayda yaralının və zərərçəkənlərin aldığı xəsarətlərin ağırlığının öhdəsindən gələ bilmir.

“Yaralılar “Əl-Şifa” tibb kompleksində yerdə uzanıblar”, deyə Səhiyyə Nazirliyinin açıqlamasında deyilir.

Qəzza zolağının Səhiyyə Nazirliyinin martın 14-nə olan məlumatına görə, 2023-cü il oktyabrın 7-də İsrail ilə Fələstinin Həmas hərəkatı arasında müharibə başlayandan bəri anklavda 31 mindən çox insan ölüb, 73 mindən çox insan yaralanıb.

Poliqon.info