Avropa Liqası: "Qarabağ" mübarizəni dayandırdı

"Qarabağ" UEFA Avropa Liqasında mübarizəni dayandırıb

Poliqon xəbər verir ki, Azərbaycan ın "Qarabağ" klubu UEFA Avropa Liqasının1/8 final mərhələsinin cavab matçında "Bayer 04"ə 3:2 hesabı ilə uduzub.

"Köhlən atlar"da 58-ci dəqiqədə Abdullah Zubir, 67-ci dəqiqədə Olavio Juninyo fərqləniblər. 62-ci dəqiqədə Ağdam klubunda Elvin Cəfərquliyev birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

72-ci dəqiqədə Leverkuzen təmsilçisində Ceremi Frimponq fərqi azalda bilib. 90+3-cü dəqiqədə Patrik Şik hesabı bərabərləşdirib. Çexiyalı hücumçu 90+8-ci dəqiqədə qələbə qolunun da müəllifi olub.

Bakıda ilk matçda rəqibi ilə 2:2 hesablı heç-heçə edən "Qarabağ" turnirlə vidalaşıb. (Report)

Poliqon.info