Nöqsanlara görə işdən çıxarılan kollec direktorunun yerinə təyinat var

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə yeni direktor təyin edilib...

Poliqon qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, 13 mart 2024-cü il tarixli müvafiq əmrlə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin tarix müəllimi Samir Dadaşov Kollecin direktoru vəzifəsinə təyin edilib. 

S.Dadaşov bu vəzifəyə qədər kollecdə müəllim kimi çalışıb. 

Poliqon.info