Serbiyanın sabiq Prezidenti: Biz Azərbaycanın əldə etdiyi nəticəni qazana bilmədik

Beynəlxalq institutlar yeni münaqişələrin meydana gəlməsinin qarşısını almaqda fəal deyil.

APA xəbər verir ki, bunu XI Bakı Qlobal Forumu çərçivəsində keçirilən "Parçalanmış Dünyanın Bərpası" mövzusunda paneldə Serbiyanın sabiq Prezidenti Boris Tadiç deyib.

O bildirib ki, ölkələr individual olaraq öz ərazi bütövlüyü, suverenliyi uğrunda mübarizə aparır: “Hikmət Hacıyev Azərbaycanın 30 il yaşadığı münaqişəyə toxundu. Biz də Kosovo problemi ilə üzləşdik, amma biz Azərbaycanın əldə etdiyi nəticəni qazana bilmədik. Biz bu problemlərə praktiki həll yolları tapmalıyıq, yoxsa bu problemlər nəsillərlə davam edəcək. Biz travmalardan əziyyət çəkəndə onu hər zaman xatırlayırıq. Amma bir ömür boyu bu travmalarla yaşaya bilmərik. Biz tarixdən dərs çıxara bilmirik, ona görə də bəzən eyni səhvləri təkrar edirik”.

Tadiç qeyd edib ki, yeni münaqişələrin qarşının alınmasında maarifləndirmə və təhsilin rolu çox vacibdir: “Biz yeni münaqişələrin qarşısını almaq üçün siyasətçiləri - yeni nəsil siyasətçiləri maarifləndirməliyik”.

Poliqon.info