Gənc oğlan sevdiyi qıza görə özünü asdı

İmişlidə intihar hadisəsi baş verib...

Lent.az xəbər verir ki, hadisə İmişli rayonunun Murğuzalılı kəndində qeydə alınıb.

Kənd sakini, 26 yaşlı Rəhman Yaqub oğlu Qəhrəmanov yaşadığı evin həyətindəki tövlədə özünü asıb.

Onun asılmış meyitini yaxınları bu gün səhər saat 6-da aşkar ediblər.

İlkin məlumata görə, gənc oğlan sevdiyi qıza görə intihar edib. Hadisənin motivi açıqlanmır.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.

Poliqon.info