Xarici dövlətlərin Britaniyada qəzet və jurnal alması qadağan edilir

Böyük Britaniya hökuməti xarici dövlətlərin qəzet və xəbər jurnallarının krallıqda almasına qadağa qoyulacağını açıqlayıb...

Poliqon xəbər verir ki, buna bu yaxınlarda Birləşmiş Ərəb Əmirliklərinin dəstəklədiyi "RedBird IMI" investisiya şirkətinin "Telegraph" qəzetini və həftəlik "Spectator" jurnalını satın almaq istəməsini açıqlaması səbəb olub.

Hökumət bu istiqamətdə qəbul ediləcək qanunun "mətbuat azadlığının qorunması üçün əlavə addım olacağını" bəyan edib.

"RedBird IMI" sözçüsü bu adımın çox məyusedici olduğunu deyib. Ana müxalifət olan Leyboristlər Partiyası da hökumətin bu addımını dəstəkləyəcəyini açıqlayıb.

Bu məqsədlə hökumət hazırda parlamentdə müzakirə olunan "Rəqəmsal bazarlar, rəqabət və istehlakçılar haqqında"qanuna maddə əlavə edəcək.

RedBird IMI-nin 75 faizi Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş nazirin müavini Şeyx Mənsura məxsusdur. O, həm də "Mançester Siti" klubunun sahibidir.

Hökumət bu fikirdədir ki, sözügedən qanun tez qəbul olunarsa, bu alışın da qarşısını almaq olar.

Satış təşəbbüsünü tənqid edən "Spectator"un idarə heyətinin sədri Endryu Nil hökumətin bu addımından sonra satış imkanının olmadığını deyib.

Qanun layihəsinə əlavə edilməsi planlaşdırılan maddəyə görə, qəzet və ya jurnalların əcnəbilər tərəfindən alması gündəmə gəldiyi zaman ölkədəki rəqabət orqanı bunu yoxlayacaq, satış nəticəsində xəbər qurumunun xarici bir dövlətin nəzarətinə keçmə ehtimalının olub-olmadığını araşdıracaq.

Poliqon.info