Newsweek: Zelenski cəbhədəki uğurları barədə Qərbə yalan danışır...

Ukrayna lideri Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin cəbhədə uğurları barədə yalan məlumat verir, əslində isə vəziyyət tamamilə fərqlidir...

Poliqon xəbər verir ki, bu barədə Amerikanın “Newsweek” portalı məlumat yayıb.

“Rusiya silahlı qüvvələri cüzi də olsa, yeni ərazi uğurları əldə edir, lakin eyni zamanda Zelenski Moskvanın qüvvələrinin dayandırıldığını söyləyir”, deyə nəşr yazır.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski bildirib ki, cəbhədə Ukrayna demək olar ki, bütün döyüş təmas xətti boyunca çətinliklərlə üzləşib. Baş komandan qeyd edib ki, Ukrayna ordusuna rəhbər təyin olunduğu gündən iki briqadada olub. Hər iki istiqamətdə vəziyyət getdikcə mürəkkəbləşir və Rusiya ordusu hissələrinin irəliləməsi təhlükəsi yaranır.

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı əlavə edib ki, Rusiya hərbçiləri irəliləməkdə davam edir və hazırda Ternı, İvanovskoye, Berdıçi, Tonenkoye, Verbovoye və Rabotino yaşayış məntəqələri uğrunda döyüşlər gedir.

Poliqon.info