Qırğızıstanda xarici QHT-lərə nəzarət haqqında qanun qəbul edilib

Qırğızıstan parlamenti xarici qeyri-kommersiya təşkilatlarına (QHT) nəzarət haqqında qanun qəbul edib...

Poliqon xəbər verir ki, qanun Qırğızıstan parlamentinin saytında dərc olunub.

Qeyd edilir ki, ölkədə QHT-lərin işində şəffaflığın təmin edilməsi məqsədilə “Qeyri-kommersiya təşkilatları haqqında” qanuna dəyişikliklər qəbul edilib. Xarici QHT-lərin nümayəndəliyi olan və ya üçüncü ölkələrin büdcələrindən maliyyələşən təşkilatların maliyyələşdirilməsinə xüsusi diqqət yetirilir.

Qanun “xarici qeyri-kommersiya təşkilatı”, “xarici qeyri-kommersiya təşkilatlarının struktur bölmələri”, “xarici nümayəndəlik funksiyalarını yerinə yetirən qeyri-kommersiya təşkilatı” kimi terminlərin tətbiqini nəzərdə tutur. Qanun layihəsi həm hakim koalisiya, həm də müxalifət fraksiyalarının nümayəndələri tərəfindən dəstəklənib.

Qeyd edək ki, bur müddət əvvəl Qırğızıstan prezidenti Sadır Japarov QHT-lər haqqında qanunun qəbulu fonunda ABŞ və digər ölkələri ölkənin daxili işlərinə qarışmamağa çağırıb. Prezident qeyd edib ki, Qırğızıstan Vaşinqtonla bərabərhüquqlu əməkdaşlığın tərəfdardır.

Poliqon.info