Fransızların əksəriyyəti Rusiyanı Fransa üçün təhlükə hesab edir

Fransızların 60%-dən çoxu Rusiyanı və Rusiya prezidenti Vladimir Putinin siyasətini Fransa üçün təhlükə hesab edir...

Poliqon xəbər veriri ki, bunu Elabe İnstitutunun BFMTV kanalı üçün keçirdiyi sorğu ortaya qoyub.

“BFMTV üçün Elabe İnstitutunun apardığı sorğuya əsasən fransızların 61%-i Vladimir Putinin Fransanın təhlükəsizliyinə real təhlükə yaratdığına inanır”, deyə telekanalın açıqlamasında deyilir.

Qeyd olunur ki, respondentlərin 60%-i yaxın illərdə Rusiya ilə sərhədi olan Finlandiya, Estoniya, Latviya, Litva, Polşa da daxil olmaqla NATO ölkələrinə hücum edəcəyindən əmindir. Lakin 23% bunun baş verməyəcəyinə inanır.

Sorğu martın 12-dən 13-dək Fransada 1005 yetkin insanlar arasında aparılıb. Sosioloji tədqiqatın səhv dərəcəsi göstərilmir.

Poliqon.info