Ukrayna millətçiləri Zakarpatiyanın ilhaqına çağıran macar deputatları hədələyib

Bizim Vətən fraksiyasının macar parlamentariləri son aylarda dəfələrlə Ukrayna radikallarından təhdidlər alıblar...

Poliqon xəbər verir ki, bu barədə fraksiya lideri, Avropa Şurası Parlament Assambleyasının deputatı Laslo Torotskay məlumat verib.

Torotskayanın sözlərinə görə, deputatlar dəfələrlə Ukrayna ultra millətçilərindən və "Müharibədə fanat" təşkilatının üzvlərindən məktublar alıblar. Deputatlar ofisi yandırmaqla, avtomobili partlatmaqla və digər repressiya üsullarından istifadə etməklə hədələniblər. Buna səbəb fraksiyanın Ukraynadakı müharibə ilə bağlı mövqeyi olub. Onlar parlamentarilərdən Ukrayna xalqından Zakarpatiyanın ilhaqına dair çağırışlara görə rəsmi üzr istəməsini tələb ediblər.

Torotskaya bildirib ki, ukraynalı millətçilər Zakarpatiyanın ilhaqına çağırmayan fraksiyanın mövqeyini səhv başa düşüblər.

"Macarıstan Zakarpatyanı işğal etmək istəmir, biz müharibə istəmirik, sülh istəyirik. Biz Ukrayna xalqını təhdid etmədik və etmirik, Macarıstan on minlərlə ukraynalı qaçqını qəbul eedib", deyə deputat bildirib.

O izah edib ki, partiyanın proqramına yalnız 1991-ci ildə Ukraynanın tərkibində bu regiona muxtariyyət verilməsini elan edən Zakarpatiya referendumunun legitimliyinin tanınması daxildir.

Poliqon.info