Kaliforniyadakı partlayışda ABŞ ordusunun 16 zabiti yaralanıb

Kaliforniyada təlim mərkəzində baş verən partlayış nəticəsində 16 xüsusi təyinatlı zabit yaralanıb...

Poliqon xəbər verir ki, bu barədə Associated Press Agentliyi məlumat yayıb. Agentlik yazır ki, Cənubi Kaliforniyadakı “Orinc dairəsi” Hərbi Təlim Mərkəzində minalardan təmizləmə təlimi zamanı partlayış baş verib. Nəticədə 16 xüsusi təyinatlı zabit yaralanıb, onlardan biri ayağından ağır xəsarət alıb.

Çavuş Frenk Qonsales bildirib ki, partlayış martın 13-də yerli vaxtla saat 13:00 radələrində baş verib. 13 nəfər başgicəllənmə, iki nəfər xəsarətlə xəstəxanaya çatdırılıb. Zabitlərdən birinin ayağından əməliyyat tələb olunacaq. AP onun həyatına təhlükə olmadığını qeyd edir.

Partlayışın səbəbi məlum deyil. FTB hadisə ilə bağlı araşdırmalara başlayıb. FTB sözçüsü Laura Eimiller bildirib ki, partlayışın baş verdiyi mərkəzdə FTB və yerli hüquq-mühafizə orqanlarının nümayəndələri odlu silah hazırlığı və bacarıq testləri verir.

Poliqon.info